Fərəc Quliyev: “Ümummilli məsələlərdə faydalılıq iştirakçılıqdan ibarətdir”

16 Fevral 2015 12:01 (UTC+04:00)

"Ümummilli məsələlərdə faydalılıq iştirakçılıqdan ibarətdir". Bunu SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ölkədə baş tutan iqtidar-müxalifət dialoqunun əhəmiyyətindən danışarkən bildirib.

Partiya sədri qeyd edib ki, hər bir partiyanın özü müəyyən dünya görüş ətrafında elektoratı birləşdirir: "Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan bu addım təqdir olunmalıdır. Çünki, bu siyasi islahat kimi çox mühümdür. Azərbaycan Prezidenti İlham Əliyevin həm struktur, həm kadr islahatlarının ardınca bu kimi siyasi islahatın məqsədi cəmiyyətin harmonikliyini təmin etməkdir. Yəni, birlikdə ümummilli məsələlərin üzərinə getməkdir."

"Ümummilli məsələlərdə ortaq davranış tələb olunur və onun masa ətrafında müzakirəsi vacibdir. Hesab edirəm ki, hər iki aydan bir keçiriləcək iqtidar-müxalifət dialoqunda siyasi partiyaların ortaya qoyduğu ümummilli məsələlər müzakirə olunacaq. Bundan sonra isə ortaq bir mövqedən bu məsələlərin üzərinə gediləcək" - deyə, F. Quliyev vurğulayıb.