Zabitlərimiz Ankarada kurs keçəcəklər

14 Fevral 2015 11:15 (UTC+04:00)

Fevralın 16-dan 20-dək Ankara şəhərində (Türkiyə) "Strateji Təhlil" mövzusunda kurs, fevralın 17-dən 19-dək Saloniki şəhərində (Yunanıstan) "NATO təlimlərinin sinxronlaşdırılması" mövzusunda konfrans keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.