Rasim Musabəyov: “Azərbaycan öz qərarlarını icra etməyə başlayıb”

13 Fevral 2015 17:02 (UTC+04:00)

"Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasının keçirilməsi göstərir ki, Azərbaycan öz qərarlarını icra etməyə başlayıb". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, bu toplantı layihənin icrası üçün zəruri mexanizmdir: "Neftin qiyməti qalxıb-enir. Eyni zamanda Rusiya ilə bağlı hansısa siyasi qərarların verilib-verilməyəcəyi hələ açıq qalır. Azərbaycanın isə işləri bilavasitə icra olunmağa başlayıb".