Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən "Rezidentura" jurnalının 2-ci sayı nəşr olunub. TQDK-dan SİA-ya verilən xəbərə görə, jurnalda aşağıdakı materiallar əksini tapıb:
• Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul elanı;
• Rezidenturaya ərizə verən namizəd üçün təlimat;
• "Namizədin Elektron Ərzəsi"ni doldurulma qaydası;
• "Namizədin Elektron Ərzəsi"nin nümunəsi;
• Rezidenturaya qəbul proqramları (ixtisas fənləri üzrə );
• Namizədlərin cavab verməkdə çətinlik çəkdiyi bəzi test tapşırıqlarının izahı və tövsiyələr;
• İxtisas fənləri üzrə test tapşırığı nümunələri;
• İxtisas fənləri üzrə açıq tipli test tapşırığı nümunələri.