Günəşin inanılmaz görüntüləri VİDEO

12 Fevral 2015 16:56 (UTC+04:00)

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) 5 ildir Günəşi izləyən peyki Solar Dynamics Observatory-nin çəkdiyi minlərlə foto bir araya gətirilərək video formatına salınıb. SİA-nın məlumatına görə, videoda Günəşdə meydana gələn partlayışlar və səthdəki hərəkətliliklər aydın şəkildə görünür.

NASA mütəxəssisləri, Günəşin atmosferindəki bu hərəkətliliyin bənzərsiz bir balet nümayişinə bənzədiyini ifadə ediblər.