14 milyon sərvəti olan biseksual repçi

12 Fevral 2015 15:53 (UTC+04:00)

Amerikan müğənni, repçi Nikki Minaj dərisinin fərqli qarabənizliyi və qeyri-standart bədən quruluşu ilə dərhal seçilir. SİA xarici mətbuata istinadən məşhur müğənni haqda 20 maraqlı faktı təqdim edir:

1. 33 yaşlı Nikki Minajın əsl adı Onika Tanya Maraj-dır.

2. Afrika, Trinidad və indo-asiyalı kökləri var.

3. Çətin uşaqlıq dövrü keçirib. Atası narkotik və içki aludəçisi olub, bir dəfə evi yandıraraq Minajın anasını öldürməyə cəhd edib.

4. 5 yaşında anası və bacı-qardaşları ilə birgə Nyu-Yorka köçüb. 12 yaşında ilk mahnısını yazıb.

5. Məktəb vaxtı klarnet çalmağı öyrənib.

6. Məşhur olmamışdan əvvəl "Red Lobster" adlı restoranda ofisiant işləyib.

7. Minaj müsahibələrində anasının çətin həyatının ona dərs olduğunu deyib: "Anamın daha güclü olmağını istəyirdim, amma o, ola bilmirdi. Ona görə özüm güclü və uğurlu olub onun həyatını dəyişməyə qərar verdim".

8. "MySpace" şəbəkəsində məşhurlaşıb. Prodüserlər onu buradan bəyənib müqavilə imzalayıblar.

9. Sol qoluna çin dilində yazılmış "Tanrı həmişə mənimlədir" döyməsini həkk etdirib.

10.Ən sevdiyi rəng çəhrayıdır.

11."Kit Kat" və "Twix" şokoladlarını sevir.

12. Yanki stadionunda konsert verən ilk qadın repçidir.

13. "Viva Glam" dodaq boyası ilə SPİD xəstəliyindən əziyyət çəkən insanlar üçün 250 milyon dollar toplayıb.

14. Sevdiyi aktrisa Zoi Saldanadır.

15.Yüksəklik qorxusu var.

16. "Forbes" jurnalına görə, Minajın 14 milyon dollar sərvəti var.

17. Nikkinin mahnılarında biseksual mesajlar sezildiyi üçün onun tez-tez hər iki cinslə əlaqələri ilə bağlı xəbərlər çıxır. Ancaq müğənni nə qadın, nə də kişi ilə görüşdüyünü və bütün insanları sevdiyini bildirib.

18. "All Things Go" mahnısında yeniyetməlik illərində abort etdirdiyini deyib.

19. Dörd Amerika Musiqi mükafatı, 8 BET mükafatı, 2 MTV Musiqi mükafatı, 2 MTV Avropa Musiqi mükafatı, 5 Billboard Musiqi mükafatı qazanıb.

20. "News-York Times" qəzeti onu "bütün dövrlərin ən nüfuzlu qadın repçisi" adlandırıb.