Tikinti materialları ilə bağlı yeni qayda

12 Fevral 2015 10:36 (UTC+04:00)

"Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları"nı təsdiq edib. SİA-nın məlumatına görə, bu Qayda tikintiyə dövlət nəzarəti aparılarkən tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması qaydalarını müəyyən edir.

Götürülmüş tikinti materialları və məmulatı nümunələrinin standartlara uyğunluğu akkreditasiya olunmuş tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyaları və ya sınaq laboratoriyaları tərəfindən yoxlanılır və nəticələr protokolla rəsmiləşdirilir. Laboratoriyada aparılan sınaqların nəticələrinə əsasən, sınaq nümunələri keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdikdə, yoxlamanın nəticəsi müsbət, sınaq nümunələri keyfiyyət və təhlükəsizlik tələblərinə cavab vermədikdə, yoxlamanın nəticəsi mənfi sayılır. Sınaqların mənfi nəticələri nümunələrin seçildiyi məhsul partiyasına şamil edilir. Sifarişçi yoxlayıcı orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.