Qızıl bahalaşıb

12 Fevral 2015 10:35 (UTC+04:00)

Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 17 862,14 bəndədək, S&P 500 0,00% - 2 068,53 bəndədək azalıb, NASDAQ 0,28% - 4 801,18 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,16% - 6 818,17 bəndədək, Fransa CAC-40-ı 0,35% - 4 679,38 bəndədək, Almaniya DAX-ı isə 0,02% - 10 752,11 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 1,85% - 17 979,07 bəndədək, Hang Seng 0,46% - 24 425,69 bəndədək, Shanghai 0,03% - 3 158,86 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,70 dollar bahalaşaraq 1 221,30 dollara, gümüş isə 0,07 dollar ucuzlaşaraq 16,69 dollara satılıb.