Beynəlxalq şərab müsabiqəsi keçiriləcək

11 Fevral 2015 17:23 (UTC+04:00)

Koreyada yerli və xarici şərab istehsalçıları barədə məqalələr və reklamlar dərc edən aylıq "Wine Review" jurnalının təşkilatçılığı ilə cari ilin 01-05 iyun və 08-12 iyun tarixlərində 11-ci "Korea Wine Challenge 2015" beynəlxalq şərab müsabiqəsi keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr müsabiqədə iştiraka dəvət olunurlar. Müsabiqə haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:

www.koreawinechallenge.com