Qapı arxasında qalan azyaşlı uşaq

11 Fevral 2015 13:25 (UTC+04:00)

Evdə köməksiz qalan azyaşlı aidiyyəti üzrə təhvil verilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qurumun"112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşağı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.