İran seysmoloqları RSXM-da olublar

11 Fevral 2015 11:28 (UTC+04:00)

Tehran Geofizika İnstitutunun seysmoloqları AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar. SİA-nın xəbərinə görə, RSXM-nin Baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qonaqlara Mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji, geofiziki tədqiqatlar haqqında məlumat verib.

İranlı mütəxəssislər öz tədqiqat işləri barədə məlumat veriblər və birgə fəaliyyət üçün geniş imkanların olduğunu vurğulayıblar.

Danışıqlar zamanı Azərbaycan və İran seysmoloqlarının gələcək əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.