İlqar Mikayıloğunun şəxsi heyətə "salamı"

11 Fevral 2015 10:57 (UTC+04:00)

Hər kimin oğludursa bilmirəm. Amma Mikayılın oğlu kimi tanınan İlqarın Ağdam buzovlarına bənzəyən siması hələ ANS-in ekranlarından çoxunuza tanışdır. Özünü uzun illərin jurnalisti kimi efirlərimizə sırıyan, ağ şalvarlarda qara yamaq kimi görünən İlqar Mikayıloğu bundan sonra nə etsə də, özünün zorlanmış imicini düzəldə bilməyəcək. Yadınızdadırsa, ağdamlı Günelin haqlı iradına canlı efirdə İlqar belə cavab vermişdi: "Mənim Ağdamda nə işim var idi ki, mənə də belə SMS gəlsin?...".

İlqar, vaxtilə Ağdamda döyüşlər getdiyi vaxtda orada olduğuna görə indi bu qədərmi peşmansan? Unutma, Ağdamda gedən döyüşlərdə hərbi xidmətə çağırılmış, sonradan özünə "hərbi jurnalist" xalatı biçdirmiş adi əsgər və "jurnalist" idin. Həqiqi kişilərin heç biri o döyüşdən sağ çıxmadı, o döyüşlərdən arxasını erməniyə çevirib qaçanlar sağ qaldı və bir də oradakı vəziyyəti lentə alıb həmin video görüntüləri Bakıdakı səriştəsiz hökumətin deputatlarına, nazirlərinə pulla satan jurnalistlər... İç üzünü belə ortaya qoymuşdun.

Nədir sənin missiyan? Teleməkanları zəbt edib ortaya "ailə, əxlaq" mövzusu atıb ailəsizlərin düşük çıxışlarına, əxlaqsızların əndamsız bəyanatlarına bu milləti güldürməkmi? "Bakirəlik namus deyil" ifadəsini ilk dəfə sənin qonağın səsləndirmədimi? Sən öz "namusu" ilə şəhərin giriş-çıxışlarına manşet edilən bu qonağını məqsədli şəkildəmi efirə dəvət etmişdin? Gənc qızların bu tip bəyanatlara qulaq asmasını, gənclərin sənin də içində olduğun bataqlığa yuvarlanmasını istədiyin üçünmü çağırmışdın? Yoxsa arvadın Zülfiyyə xanıma 20 ildən sonra efirdə "sevgi elan edəcək" qədərmi aşağılandın? O arvadın, o da sən, şükür Allaha ki, eviniz də var. Nə qədər istəyirsinizsə evlənin, zəngləşin, mesajlaşın, masajlaşın və sonda siz də efirimizə gələcəyin bir "İlqaroğlunu" bəxş edin!

Bu insanın bir tipi var, neçə illərdir ki, səhərlərimizi "Azərbaycanın şəxsi heyətinə salam!" ifadəsi ilə zəhərləyirik. Bu hansı Azərbaycanın, hansı şəxsi heyətinə edilən salamdır, ay İlqar!? Alabaxta quşu kimi əllərini göyə qaldırıb, ayaqlarını Tovuz quşu kimi yellədib, "QAZ-53"-ün qabaq şüşəsini xatırladan eynəyini uzunsov alnına sıxıb "Azərbaycanın şəxsi heyətinə salam" deyəndə heç utanmırsanmı? Əmin ol, sənin salam deyib qəbul elədiyin həmin şəxsi heyətin Azərbaycan xalqına heç bir dəxli yoxdur. Sənin "salam" dediyin şəxsi heyətin içində alt paltarlarını sumkasına doldurub efirdə sənə nümayiş etdirən müğənnilər, burnunda, qulağında, dodağında Kitay sırğaları olan "kişilər" var. Əsl şəxsi heyət isə öndə ziyalısı ilə birlikdə xalqımızdır. Dəyiş o ifadəni, sən onu dedikcə, dünyanın ən arıq insanının ən pis yerindən bir parça ət qoparıb sənin alınına yapışdırmağı gəlir.

Sən ANS-dən çıxanda Mirşahinin "sən kişi olsa idin, ANS-dən əvvəl gedərdin" təhqirinə cavab verə bilməyəcək "qədərsən..." 2014-cü ildə cəbhədə gərginlik olanda vaxtı cəbhəyə yollanan jurnalistlərimiz haqqında mən də danışmışdım. Sən də danışdın. Mən dediyimi hər kəs anladı, sən dediyini özündən başqa bütün qanmazlar da qana bilmədi: "Onlar istəyirlər ki, cəbhəyə gedib İlqar Mikayıloğlu olsunlar..." Sən həqiqətənmi özünü bu qədər gərəkli, dəyərli hesab edirsən?

Bircə dəfə yatanda gözlərinə tavana zillə. Bu insanın ən ağır vaxtı olur, insan yatanda gözlərini tavana zilləyib fikirləşəndə özü-özünə o qədər çətin suallar verir ki, səhəri günü etdiyin qələtləri bir də edə bilmirsən. Yaşlı qadınlarımızı, kişilərimizi qarşında oturdub küçə sözləri ilə zarafat etmək, alçaltmaq sənin üçün bu qədərmi asandır? Mən həmişə demişəm, sənin çıxdığın şinelin mahiyyəti budur, ANS-in lilli sularında sulanan birisən, bundan artıq səndən heç nə gözləmək olmaz.

P.S. Arabir adını çəkmək istəmədiyim kürəkəninin (baş hərfi- F) tərəfini saxla. İmkan vermə ki, arvadı onu bu qədər alçaltsın, döysün. Kişi əlinizdən ölüb canını qurtara da bilmir, 2012-ci ildən bəri çəkdiyi xəcalət onsuz da onu xərçəngə düçar edib.