Xatirə: “İradəm çox zəifdir” FOTOLAR

10 Fevral 2015 15:23 (UTC+04:00)

Müğənni Xatirə İslam görünüşündən danışıb. SİA-ya açıqlama verən müğənni xeyli arıqladığını söyləyib: "Çalışıram ki, səhnə adamı olduğum üçün yeməklərimə diqqət edim. Az qida qəbul edim. Ancaq yeməyə qarşı iradəm çox zəifdir. Buna baxmayaraq, 20 kiloqram arıqlamışam. Ancaq bildiyiniz kimi, efir insanı 5-6 kilo artıq göstərir. Odur ki, qarşıma məqsəd qoymuşam, çəkimi bir az da azaldacam".