Prezident Dövlət Proqramını təsdiq edib

10 Fevral 2015 15:01 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Səhiyyə Nazirliyinə həvalə edilib. Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.