22 yaşlı kolumbiyalı qadın dəhşətli qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinənin nəticələri yerli səhiyyə işçilərini əməlli-başlı şoka salıb. Hər şey anasının qızına kartofun çox yaxşı kontraseptiv vasitə olduğunu deməsi ilə başlayıb. Bunu yoxlamağa qərar verən qız kartofu vaginasına yerləşdirib. Bu bitkinin cücərməsinə qızın daxilində 2 həftə qalması kifayət edib. Qızın bədəni bu gözlənilməz "kartof uşağa"əks reaksiya verməyə başlayıb. Ağrılar ucbatında xəstəxanaya gedəndə tibb bacısı xəstənin bədənindən çıxan kartof köklərini görəndə şoka düşüb.
Xoşbəxtlikdən, istedadlı həkimlər kartofu xəstənin bədənindən əməliyyatsız çıxara biliblər. Həkimlərin sözlərinə görə, xəstə tamam sağalıb və bu kontrasepsiya metodunun bundan sonra heç bir pis effekti olmayacaq.
.jpg)