Yeniyetmə narkomanlar

10 Fevral 2015 06:26 (UTC+04:00)

Narkomaniya bütün bəşəriyyətin bəlasıdır.Demək olar ki bütün dünyada bu bəlaya qarşı mübarizə aparılır.Təssüflə qeyd etməliyik ki bəzi hallarda bu mübarizə öz effektini vermir.İnsanların narkotik maddələrə marağı azalmır. Onlar arasında yeniyetmələr də var. Ölkəmizdə də vəziyyət sevindirici deyil. ədliyyə nazirliyinin yaydığı son hesabar sözlərimizi b,ir daha sübut edir.Belə ki 15-17 yaşı olan 1344 narkoman var.

Ölkəmizdə narkotik maddələrdən istifadə edən məktəblilərin sayı artır. Ədliyyə nazirliyinin yaydığı hesabat vəziyyətin ürəkaçan olmadığını göstərir.

Nazirliyin yaydığı hesabatda qeydiyyata alınan narkomanların yaş qrupları elan edilib. Məlum olub ki qeydiyyatda olan narkomanlardan 1344 nəfəri 15-17 yaşda olan şəxslərdir..

Mütəxəssislər deyir ki yeniyetmələrin narkotik maddələrdən istifadə etməsi birbaşa valideyn və müəllim tərəfindən maarifləndirmə səviyyəsinin aşağıda səviyyədə olması ilə bağlıdır. Bununla yanaşı şəxsin öz iradəsinin də rolu var

Valideynlər də övladlar üzərində güclü nəzarətin olmasını zəruri hesab edirlər.

Vəziyyətin daha da mürəkkəb olmaması üçün gərək narkoloji mərkəzinə vaxtında müraciət edilsin. Amma ölkəmizdə bəzi ailələr ictimai qınaq səbəbindən tam fərqli hərəkət edirlər.

Narkoloji mərkəzə gec müraciət edilməsi nəticəsində isə narkotik asılılıq digər sağalması demək olar ki mümkün olmayan xəstəliklərə səbəb olur.