Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən səmərəli iqtisadi siyasət ölkəmizin hərtərəfli inkişafını təmin edib. Ölkəmiz artıq beynəlxalq miqyasda yüksək reytinqə malikdir. 2015-ci ilin yayında Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunları isə respublikamızın bütün dünyada həm də yüksək səviyyəli idman ölkəsi kimi təqdim olunmasında mühüm rol oynayacaq. Əlbəttə, cari ilin yayında Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunlarının miqyası və nüfuzu kifayət qədər böyükdür. Avropanın və bütün dünyanın idman tarixində həmişəlik qalacaq I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə qərar verilməsi isə heç də təsadüfi deyildir. Ölkəmizin reallıqları belə bir mühüm qərarın verilməsində əsas olub.
Prezident İlham Əliyev Davosda keçirilən "Bakı-2015"in təqdimat mərasimindəki çıxışında I Avropa Oyunlarının cari ilin yayında Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə təsir göstərən səbəblərdən birinin də məhz Azərbaycanın sürətli inkişafı ilə bağlı olduğunu bildirib: "Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. Müstəqillik illəri, xüsusən də son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi Forumu qlobal rəqabətlilik reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı. Eyni zamanda, Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsində ölkəmizin idman ənənələri, idmançılarımızın nailiyyətləri mühüm rol oynayıb".
Bu məqamda bir nüansa da diqqət yetirmək vacibdir. Belə ki, yüksək səviyyəli infrastrukturun yaradılması respublikamızın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsinə imkan verir. Cari ilin yayında Bakıda keçiriləcək I Avropa Oyunları bunun daha bir təsdiqinə çevriləcək. Əlamətdar haldır ki, Azərbaycanda idmana böyük önəm verildiyi Davosda keçirilən "Bakı-2015"in təqdimat mərasimində də vurğulanıb. Belə ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında bu məqama toxunaraq deyib: "İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. "Bakı-2015" idman tarixində yeni maraqlı səhifə olacaq.