Braziliyalılar üçün “Qarabağ”da 2 yubiley STATİSTİKA

9 Fevral 2015 15:58 (UTC+04:00)

"Qarabağ" klubunun iki futbolçusu Topaz Premyer Liqasının XX turunda yubiley qeyd edib. SİA-nın məlumatına görə, Ağdam təmsilçisinin liderlərindən sayılan braziliyalılar Reynaldo Silva və Riçard Almeyda fərqli göstəricilərdə əlamətdar rəqəmə çatıblar. Reynaldo çempionatdakı oyun sayında, Riçard isə klubunda vurduğu qollarda buna nail olub.

"Bakı" ilə matçda Reynaldo Silva Premyer Liqada 50-ci oyununu keçirib. Bütün oyunlarını "Qarabağ"ın formasında keçirən braziliyalı ölkəmizdə 2012/13 mövsümündə debüt edib. Çempionatda 3-cü mövsümünü keçirən cənubi amerikalı bu matçlarda 27 dəfə rəqib qapılarına qol vurub.

MÖVSÜM

KLUB

OYUN

QOL

2012/13

Qarabağ (Ağdam)

9

2

2013/14

Qarabağ (Ağdam)

31

22

2014/15

Qarabağ (Ağdam)

10

3

CƏMİ

50

27

Qələbədə 2 qolla pay sahibi olan Riçard isə "Qarabağ"ın heyətində 25-ci dəfə fərqlənib. Bu qarşılaşmayadək çempionatda 20, kubokda 2, avrokuboklarda 1 dəfə rəqib qapılarına yol tapan yarımmüdafiəçi dubl sayəsində ümumi qol sayını 25-ə çatdırıb.

MÖVSÜM

TURNİR

OYUN

QOL

2012/13

Premyer Liqa

30

13

2012/13

Kubok

4

1

2013/14

Avropa Liqası

7

1

2013/14

Premyer Liqa

28

6

2013/14

Kubok

3

0

2014/15

Avropa Liqası

8

0

2014/15

Çempionlar Liqası

4

0

2014/15

Premyer Liqa

16

3

2014/15

Kubok

1

1

CƏMİ

Premyer Liqa

74

22

kubok

8

2

Avrokubok

19

1

ÜMUMİ

101

25