Çörək sexindən qızıl oğurlandı

9 Fevral 2015 13:11 (UTC+04:00)

Bakıda çörək sexinin sahibi qarət olunub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də NZS qəsəbəsində yerləşən çörək sexində oranın sahibi Abşeron rayon sakini Sevda Qarayevanın çantasından qızıl əşyalar oğurlanıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Astara rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Əzimov tutulub.