Rusiyanın "Sofline" şirkəti fevralın 23-dən 27-dək Bakıda "TSHOOT v.2.0: Cisco" avadanlığı əsasında işləyən IP-şəbəkələrdə nasazlıqların axtarışı və aradan qaldırılması" mövzusunda seminar keçirəcək.
SİA-nın məlumatına görə, sistem və şəbəkə administratorları üçün nəzərdə tutulan seminar "CCNP Routing & Switching" sertifikasiyasına hazırlıq mərhələsidir. "TSHOOT"un ikinci versiyasında mövzuların əksəriyyəti sadələşdirilib və IPv6 üzrə yeni mövzular əlavə edilib. Kursun kontenti "IOS 15" versiyası üçün uyğunlaşdırılıb. Kursda "Discovery Lab" adlanan yeni laborator iş tipləri təqdim edilib ki, bunlar da müzakirə olunan mövzulara interaktiv yiyələnməyə imkan verir.
İştirakçılardan "ROUTE" və "SWITCH" kurslarına daxil olan "L2 kommutasiya",VLAN arasında marşrutizasiya həlləri, STP, HSRP, VRRP, GLBP, EIGRP, OSPF protokolları sahəsini və s. bilmək tələb olunur.