Topaz Premyer Liqasının XX turuna yekun vurulub

7 Fevral 2015 23:26 (UTC+04:00)

Fevralın 7-də Topaz Premyer Liqasının XX turuna yekun vurulub. Azərbaycan çempionu Ağdamın "Qarabağ" komandası Tofiq Bəhramov adına Respublika stadionunda "Bakı" ilə qarşılaşıb. Qarşılaşmaya erkən qollarla başlayan "Qarabağ" meydandan böyük hesablı qalibiyyətlə ayrılıb - 4:1.

Turun son oyununda "Xəzər Lənkəran" doğma meydanda paytaxt təmsilçisi "İnter"ə 1:2 hesabı ilə məğlub olub.

Fevralın 6-da keçirilən oyunlarda "Qəbələ" AZAL-a 0:1 hesabı ilə uduzmuşdu. "Neftçi" - "Simurq" oyununda isə qapılara qol vurulmamışdı.

Hesabında 37 xal olan "Qarabağ" komandası turnir cədvəlinə liderlik edir. "İnter" 33 xalla ikinci, aktivində 27 xal olan "Neftçi" isə üçüncü pillədə qərarlaşıb.