Camal Rəhimov beynəlxalq turnirin ikinci mərhələsini də uğurla keçdi

7 Fevral 2015 14:28 (UTC+04:00)

İspaniyada təşkil olunmuş "Oliva Nove" beynəlxalq turnirinin ikinci mərhələsində maksimal 50 xalın 40-ı toplayan çaparımız Camal Rəhimov yarışın növbəti mərhələsinə adlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, çaparımız turnirin ikinci həftəsində Ranking Classda 3-cü yeri tutub.

Xatırladaq ki, turnir 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya oyunlarında iştirak üçün xal qazandırır. Qarşıda çaparımızı yarışın növbəti 10 mərhələsi gözləyir.

Qeyd edək ki, iki turun nəticəsi olaraq Camal Rəhimovun hesabında 90 xal var (İlk mərhələdən 50 xal).