Müsavat Partiyasının keçmiş başqanlığa namizədi Qubad İbadoğlu partiya sıralarından uzaqlaşdırılıb. SİA-nın məlumatına görə, bu barədə Müsavat Divanının keçirilmiş iclasında qərar çıxarılıb.
Qərarda qeyd edilib ki, Q.İbadoğlu Müsavat Partiyasının Nizamnaməsinin 1.9-cu bəndini, yəni partiya üzvünün partiyadaxili nizam-intizama əməl etmədiyi, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunub.
Xatırladaq ki, Q.İbadoğlu partiyanın son qurultayının qərarına etiraz edərək, yenidən qurultayın çağrılmasını istəyirdi.