Prezident sərəncam imzaladı

6 Fevral 2015 18:48 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1145-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Prezidentin rəsmi saytı xəbər verir ki, sərəncama əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1145-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqi təmin olunub.