Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi arasında imzalanmış "2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər Planı"na növbəti konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, AQUPDK-nın sədri Hicran Hüseynova, Milli Məclisin sədr müavini Bahar Muradova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, dövlət qurumları, qeyri-hökumət təşkilatları və ictimaiyyətin tanınmış nümayəndələri, ilahiyyatçılar, dini icma rəhbərləri iştirak edib.
Konfransda Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu və s. bu kimi aktual mövzular ətrafında müzakirələr aparılıb. Çıxış edənlər ailə dəyərlərinin qorunub saxlanılmasında Azərbaycan dövlətinin gördüyü işləri təqdirəlayiq hal kimi dəyərləndiriblər.