90 yaşlı prezident pilləkəndən belə yıxıldı

6 Fevral 2015 01:45 (UTC+04:00)

Zimbabvenin 90 yaşlı prezidenti pilləkəndən yıxılıb. Paytaxtda xalq qarşısında çıxış edən prezident pilləkənlərdən düşərkən müvazinətini saxlaya bilməyib. Mühafizəçiləri və köməkçilərinin yardımı ilə ayağa qalxan dövlət başçısı Robert Muqabe avtomobilinə minərək oradan uzaqlaşıb .

Mərasimdə iştirak edən fotoqraflar bildiriblər ki, insidentdən dərhal sonra mühafizəçilər onları prezidentin yıxıldığı anın çəkilişlərini silməyə məcbur ediblər.