Vergidən yayınan şirkətlər SİYAHI

4 Fevral 2015 18:05 (UTC+04:00)

Azərbaycan Vergilər Nazirliyi ölkədə vergi borcunu ödəməyən şirkət və fiziki şəxslərin siyahısını açıqlayıb. SİA-nın Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, həmin şirkətlər arasında "Hess (ACG) Limited" neft şirkətinin Bakı nümayəndəliyi, "Karasu Development Company" neft şirkətinin Kayman adalarında qeydiyyata alınmış nümayəndəliyi, "Petroleum Services Group SA" şirkəti, MILK-PRO süd emalı şirkəti, "Bakı Şərab-2" müəssisəsi, "Rotary Engineering" şirkətinin Bakı filialı və digər şirkətlər var.

Ümumilikdə siyahıda 380 hüquqi və fiziki şəxs yer alıb.

Tam siyahı ilə bu səhifədə tanış olmaq olar: http://www.taxes.gov.az/uploads/vergiborcu/04022015.pdf