Binada yanğın söndürülüb

4 Fevral 2015 17:42 (UTC+04:00)

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən məlumata görə, Nərimanov rayonu Çaykovski küçəsi 4 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasındakı mənzillərdən birində baş verən yanğının qonşu mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.