6 erməni hərbi qulluqçusu məhv edildi

4 Fevral 2015 16:15 (UTC+04:00)

Bu il yanvar 31-də cəbhədə təxribat törədən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının məhv edildiyi əməliyyatın görüntüləri yayılıb. SİA-nın məlumatına görə, video YouTube videoportalına yüklənib. Videodan aydın görünür ki, Qazax rayonu istiqamətində cəbhə xəttində təxribat törətmək istəyən 6 erməni hərbçisi dağlıq ərazidə minaya düşür.

Güclü partlayış nətəicəsində 6 erməni hərbi qulluqçusu məhv edilib.