"Qarabağ" "İlin idman klubu" mükafatına layiq görüldü

4 Fevral 2015 15:09 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi və nəzdindəki "Sportsman" jurnalının təsis etdiyi "Zəfər" yüksək idman nailiyyətləri layihəsi çərçivəsində ötən il fərqlənənlər təltif olunub. SİA-nın məlumatına görə, ötən il Azərbaycan çempionu olan və Avrokubokda olduqca uğurlu çıxış edən "Qarabağ" klubu da mükafatçılar sırasında olub. On ildən çoxdur "Qarabağ" Futbol Klubunun vitse-prezidenti olan Tahir Gözəl Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə təltif olunub. "Qarabağ" klubu isə "İlin idman klubu" mükafatına layiq görülüb.