İlk qatarın sınağı uğurlu keçib VİDEO

4 Fevral 2015 13:33 (UTC+04:00)

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşa olunmuş Axalkalaki–Kartsaxi Türkiyə sərhədi sahəsində xəttə buraxılan ilk sınaq qatarının hərəkəti uğurlu başa çatıb. "Azəryolservis" ASC-dən SİA-ya verilən xəbərə görə, mərasim Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, "Azəryolservis "ASC-in sədri Cavid Qurbanov, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əskərov və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin iştirakı ilə baş tutub.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Türkiyə ilə sərhəddə qatarın sınağını həyata keçirdiklərindən məmnun olduğunu bildirib.

Onun sözlərinə görə, artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün lazımi şərait yaradılıb. Layihənin 2015-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.