Vüqar Rəhimzadə: “Leyla Yunus şou düzəltməklə gündəmdə qalmaq istəyir” AÇIQLAMA

3 Fevral 2015 11:23 (UTC+04:00)

"Leyla Yunus daima Azərbaycan xalqına, dövlətinə hörmətsizlik edib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Leyla Yunusun səhhətində problem olmasına dair yayılan məlumatlara münasibət bildirərkən deyib.

YAP Siyasi Şurası üzvünün sözlərinə görə, L.Yunusun xislətində ümumiyyətlə xəyanət mövqeyi var: "Bu, birmənalı şəkildə onun bütün fəaliyyəti dövründə özünü göstərib. L.Yunus harada olmasından asılı olmayaraq, hər zaman Azərbaycan xalqına qarşı qarayaxmalar və böhtanla məşğul olub. Bu şəxs bəzi xarici havadarlarının, anti-Azərbaycan və ermənipərəst qüvvələrin ab-havası ilə yaşayır. O, bütün proseslərdən şou düzəltməklə gündəmdə qalmaq istəyir. Bu insanın məqsədi bəzi beynəlxalq təşkilatların diqqətini özünə cəlb etməkdir. Leyla Yunus hazırda törətdiyi cinayət əməllərinə görə qanun qarşısında cavab verir və verəcək də! Bu adam bütün fəaliyyəti boyu xəyanətkarlıq, satqınlıqla məşğul olub. Bu gün Leyla Yunus və onun kimiləri xain, ermənipərəst və satqın kimi tanınır".