"Xəzər Lənkəran" Futbol Klubu ilə futbolçular Vanderson Skarduelli, Tyeqo de Jesus və Fernando Qabriel arasında olan müqavilələrə xitam verilib. SİA-nın məlumatına görə, müqavilələr qarşılıqlı razılaşma əsasında ləğv olunub.
"Xəzər Lənkəran" rəhbərliyi hər üç futbolçuya klubda xidmətlərinə görə təşəkkür edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.