İstirahət günləri 12 yol qəzası qeydə alınıb 6 ölü, 16 yaralı

2 Fevral 2015 15:03 (UTC+04:00)

İstirahət günləri (şənbə və bazar) respublika ərazisində insan ölümü ilə nəticələnən yol qəzaları baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şənbə və bazar günləri ölkə ərazisində 12 yol qəzası qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 16 nəfər yaralanıb.