Hava nəqliyyatı ilə 1,8 milyon sərnişin daşınıb

1 Fevral 2015 23:42 (UTC+04:00)

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 1,8 milyon və ya 2013-cü illə müqayisədə 7,6 faiz çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildiriblər ki, daşınmanın 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus təyyarələrlə həyata keçirilib.