Tanınmış ilahiyyatçı Elşad Mirinin evinə oğrular girib. SİA-ya bu barədə Elşad Miri xəbər verib. "1 həftə əvvəl yenə ölüm təhdidi aldım. Bu gün isə evimizə oğru(lar) daxil olub hər şeyimizi aparıblar. Uca Allahımıza şükürlər olsun. Ailəmin 2 saat evdə olmadığı vaxt hadisənin baş verməsi sevindirici haldır. Evdən isə əllərinə keçən pul, qızıl, bahalı əşya və texnikalarımızı aparıblar… Bilmirəm, bu xəbərdarlıqdır, yoxsa adi oğurluq? Ümid edirəm ki, inşəAllah müsbət nəticəsi olar...", deyə zərərçəkən məlumatda bildirib.