LG-nin ilin ilk yarısında istifadəçilərinə təqdim edəcəyi yeni ağıllı telefon "G4"-ə aid məlumatlar əldə olunub. SİA-nın məlumatına görə, LG, G4 modeliylə birlikdə ağıllı telefon dünyasında yeni bir standart ortaya qoyacaq. LG G3 ilə yeni bir qətnaməyə imza atan Cənubi Koreya firması yeni məlumatlara görə, G4 telefonunda 3K (2880 x 1620p) ekrandan istifadə edəcək.
VS999 kod nömrəsinə malik olacaq LG G4 telefonunun ABŞ-da Verizon operatoruna aid versiyası da olacaq. Xatırladaq ki, Verizon operatoruna LG G3 VS985 kod nömrəsiylə çıxarılmışdı.
İddialara görə, LG G4-də 5.5-düym böyüklüyündə ekran, Snapdragon 810 prosessor və 4GB RAM yer alacaq.