Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib. SİA-nın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ saat 15:15-də Astaradan 18 km cənub-şərqdə - Xəzər dənizində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.3, zəlzələ ocağının dərinliyi isə 44 km olub.