2015-ci il yanvarın 1-nə olan vəziyyətə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 519 mindən çox olub. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə fərdi sahibkarların çox hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri" 36,8 faiz, "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" 16,2 faiz, "Nəqliyyat və anbar təsərrüfatı" 13,5 faiz və "Digər sahələrdə xidmətlərin göstərilməsi" 13,3 faiz bölmələrində qeydiyyatdan keçib.