Bu dəfə ata övalıdını doğradı İRƏVANDA

28 Yanvar 2015 13:02 (UTC+04:00)

Ermənistanda daha bir tükürpədici qətl hadisəsi törədilib. SİA "armtoday"a istinadən xəbər verir ki, budəfəki qətl olayı paytaxt İrəvanda baş verib. Yanvarın 2-də şəhərin Artaşisyan 39/10 ünvanında yerləşən qarajın önündə 1968-ci il təəvəllüdlü German Voskantanın çoxsaylı zərbələr nəticəsində xəsarətlər alaraq, tanınmaz hala salınmış meyiti aşkarlanıb.

Ermənistanın istintaq komitəsindən bildirilib ki, artıq hadisə ilə bağlı cinayət işi qaldırılıb. Qeyd olunur ki, qanlı olaya səbəb ağır sosial məişət yaşayışı səbəbindən baş verib. Belə ki, ağır həyat şəraitində yaşayan ata və oğlul arasında mübahisə yaranıb və nəticədə ata doğma oğlu German Voskanyanın başına və bədəninə çoxsaylı balta zərbələri endirərək, onu xüsusi amansızlıqla qətlə yetirib. Qatil ata saxlanılıb və törətdiyi cinayəti etiraf edib. Qatil qətlin törədilməsini dözülməz həyat şəraiti ilə əlaqələndirib.

Qeyd edək ki, Ermənistanın bir sıra insan hüquqlarının müdafiəsi təşkilatları sosoal şəraitin ağır olması səbəbindən bu kimi amansız qətllərin artığını öz hesabatlarına qeyd ediblər. Hesabatlarda bildirilir ki, bu kimi cinayətlərin artması əhali arasında mövcud olan sosial partlayışın ağır nəticələridir.

Rövşən Nurəddinoğlu