"Qara qızıl" dəyərini itirir

28 Yanvar 2015 09:51 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar azalaraq 45,45 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar enərək 48,95 dollar olub.