Çin şirkəti Xiaomi yeni "trade in" proqramı vasitəsi ilə Apple şirkəti ilə rəqabət aparmağı planlaşdırır. SİA-nın məlumatına görə, bu proqrama əsasən istifadəçilər öz köhnə iPhone smartfonlarını yeni Xiaomi şirkətinin qadjetinə dəyişmək imkanı əldə edəcəklər. Mənbələrə əsasən, Xiaomi şirkəti proqramı reallaşdırmağa artıq hazırdır. Belə olacağı təqdirdə iPhone 6 və iPhone 6 Plus smartfonu yeni Mi Note Pro smartfonuna, iPhone 5s və daha köhnə smartfonlar isə Mi Note smartfonuna dəyişdirimək mümkün olacaq. Maraqlısı isə odur ki, yalnız "apple" brendi bu proqramda iştirak edir. Onu da qeyd edək ki, şirkət, istifadəçilərinə köhnə smartfondan yeni smartfona şəxsi məlumatlarını sürətlə keçirmək üçün yeni mobil əlavə proqramı da təqdim edəcək.
Analitiklərin sözlərinə görə, 2015-ci ildə Xiaomi şirkəti təqribən 15 milyona qədər sözü gedən smartfonlardan istehsal edəcək.