AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

27 Yanvar 2015 13:38 (UTC+04:00)

Martın 6-da, saat 11:00-da, Hilton otelində AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək. SİA-nın məlumatına görə, AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- AFFA prezidenti tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin AFFA prezidenti tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər