"Ermənistanda həmişə "Daşnaksütyun" partiyasının fəaliyyəti ilə bağlı hay-küy olub. Yəni, onun fəaliyyəti heç vaxt birmənalı qarşılanmayıb". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloqa Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, indi də Ermənistan cəmiyyətinin tərkibində ziyalılardan ibarət böyük bir qrup düşünür ki, erməni xalqının başına gətirilən bəlaların günahkarı "Daşnaksütyun" partiyasıdır: "1870-ci ildən başlayaraq Osmanlı İmperiyasına qarşı mübarizə apara ermənilər "Daşnaksütyun" partiyasını yaratdılar. 1890-cı ildən bu yana erməni tarixi ilə "Daşnaksütyun"un tarixi ilə qaynayıb-qarışıb. 1918-ci ildə bu partiya Ermənistanın Rusiya tərkibinə girməsinə razılıq verdilər. Sonra Rusiya əleyhinə getdilər. O zaman bir qrup daşnakı həbs etdilər. 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasında, erməni separatizminin yaranıb, inkişaf etməsində "Daşnaksütyun" çox böyük rol oynayıb. Nəhayət 1992-ci ildə Ermənistan prezidenti Levon Ter Petrosyan daşnaqları həbs etdi. Sonra Röbert Köçəryan 1999-cu ildə onları həbsdən buraxdırdı. Buna görə də Ermənistan cəmiyyətinin tərkibində ziyalılardan ibarət böyük bir qrup düşünür ki, erməni xalqının başına gətirilən bəlaların günahkarı "Daşnaksütyun" partiyasıdır. Ancaq "Daşnaksütyun" partiyası yenidən büro iclasını keçirib. Özünün tərkibi yeniləyib. Demək olar ki, də keçmiş rəhbərlik öz yerindədir. Yəni, fəaliyyətlərini davam etdirirlər. Hətta, ola bilər ki, yaxınlarda Serj Sarkisyandan vəzifədə alsınlar".