Su altında kabelsiz əlaqə olacaq

26 Yanvar 2015 16:11 (UTC+04:00)

Rusiyanın Tomsk şəhərində alimlər qeyri-adi araşdırma aparıblar. SİA-nın məlumatına görə, adı çəkilən şəhərdə alimlər su altında kabelsiz əlaqə (Wifi) texnologiyasını sınaqdan keçiriblər. Keçirilən sınaq araşdırması uğurla nəticələnib. Qeyd edək ki, bu texnologiyanın böyük uğurlara səbəb olacağı gözlənilir. Belə ki, gələcəkdə bu texnologiya vasitəsilə su altında olan cihazlara internet vasitəsilə nəzarət etmək mümkün olacaq.
Tomsk Politexnik Universitetinin (TPU) Geologiya Telekommunikasiya laboratoriyasının rəhbəri Yuri Svinolupov qeyd edib ki, keçirilən testlər zamanı məlumatları saniyədə 1.2 kilobit sürətdə köçürməyi bacarıblar. Hal-hazırda Rusiyada mövcud olan bənzər cihazların məlumatları saniyədə 0.2 kilobit sürətlə ötürə bildiyini qeyd edən Svinolupovun sözlərinə görə, bu modem vasitəsilə məlumatları 200 bit sürətilə köçürmək imkanı yaranıb.