Qazax milli musiqiləri Bakıda səslənəcək

26 Yanvar 2015 11:49 (UTC+04:00)

Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən Manqistau vilayət filarmoniyasının yubileyi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Qazaxıstan Respublikası Manqistau vilayəti akimatlığının (qubernatorluğunun) dəstəyi ilə filormoniyanın orkestrinin ölkəmizə qastrol səfəri həyəta keçiriləcək. Azərbaycanın Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğundan SİA-ya verilən xəbərə görə, iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, qardaş xalqların mədəniyyət və incəsənətinin təbliği və tanıdılması məqsədilə həyata keçiriləcək Manqistau vilayət filarmoniyasının 60 nəfərdən ibarət orkestrinin Bakı şəhərinə səfəri zamanı 28 yanvar 2015-ci il tarixində Azərbaycan Dövlət Filormoniyasında konsert təşkil olunacaq.

Konsert zamanı qazax milli musiqisi və milli alətlərin ifaları, azərbaycan, qazax və dünya klassik musiqiləri səsləndiriləcək.