Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, gecədə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə televiziya muğam müsabiqələrinin laureatları çıxış ediblər.
Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti, professor Ağaverdi Paşayevdir.
Konsertdə orkestrin və solistlər - əməkdar artist Sahib Paşazadənin, muğam müsabiqələrinin laureatları Gülnar Qüdrətli, Xətai Hacıyev, Məmməd Nəcəfov, Səbinə Ərəbli və Hüseyn Məlikovun ifalarında "Qatar" dəramədi, "Zabul", "Zəminxarə", "Çahargah", "Dilkəş", "Segah" təsnifləri, "Orta mahur", "Simayi-şəms" ritmik muğamı səsləndirilib.
Qeyd edək ki, ifalar alqışlarla qarşılanıb.