12 ildir ekranlardan uzaq düşən "N brother" qrupunun keçmiş üzvləri bir araya gəlib. SİA-nın verdiyi xəbərə görə, verilişlərin birində qrup klip çəkdirmək istədiklərini dilə gətirib: "Artıq 12 ildir ki, səhnədən uzaqlaşmışıq. Bəzən toylara gedirik. Amma hazırda dövlət işində çalışdığımız üçün yeni mahnılar yazdırmağa vaxt olmur. Amma istərdik ki, uzun müddətdən sonra 1 mahnı ifa edib, klip çəkdirək".
Qrup üzvləri 12 il öncə çalışdıqları prodüser Namiqdən də söz açıblar: "Namiqlə münasibətimiz ancaq salam, sağ oldur. Başqa onunla heç bir əlaqə qura bilmərik".