Brüsseldə, Avropa Xalq Partiyasının (AXP) forumunda Ermənistanın "İrs" Partiyasının lideri Raffi Ovannisyan tərəfindən hazırlanmış "ermənilərin soyqırımı" qətnaməsi layihəsinə baxış və bu mövzu ətrafında aparılacaq müzakirələr təxirə salınıb. Erməni informasiya mənbələrindən SİA-ya daxil olan məlumata görə, layihəyə baxış və bu mövzuda aparılacaq müzakirələr bir ay sonraya saxlanılıb. Ovannisyan bununla bağlı qeyd edib ki, o, İrəvanda "soyqırım" iddiası üzərində hazırladığı qətnamə layihəsində düzəlişlər edəcək.
Qeyd edək ki, bir neçə dəfə təxirə salınmış qətnamə layihəsinin tam adı "Ermənilərin soyqırımı, Türkiyənin cavabdehliyi və Avropa dəyərləri"dir.
Xatırladaq ki, AXP adıçəkilən qətnamənin qəbul olunmasında tərəddüd edir.
Rövşən Nurəddinoğlu