Sevdiyimiz "free" kartoflarının necə hazırlanması hər birimizə maraqlıdır. SİA-nın "The Daily Mail "a istinadən məlumatına görə, "McDonald's şirkəti "free" kartoflarının hazırlanma sirrini açıb. Amerikanın "Əfsanələri dağıdanlar" adlı elmi-populyar televiziya proqramı bu dəfə "McDonald's" şirkətinin istehsal sexini hədəfə alıb.
Veriliş zamanı aparıcı kartofların hazırlanması prosesinin bütün mərhələlərinin şahidi olub. Belə ki, əvvəl nazik doğranmış kartofların vizual görünüşünün yaxşılaşdırılması və qızılı rəngdə görünməsi üçün dekstroza adlı kimyəvi maddəyə batırırlar. Bu maddə tərəvəzə həm də şirin tam verir.
Növbəti mərhələdə isə kartofun solğunlaşması və boz rəng almasının qarşısını almaq məqsədilə pirofosfatla işlənmə aparılır. Gördüyünüz kimi, "free" kartofları hətta bir neçə ay sonra da eyni şəkildə qalır. Sonra isə kartof çöpləri yüngül qızardılaraq qablaşdırılır və "McDonald's" restoranlarına göndərilir.
Videonu izləməklə bütün bunların şahidi olacaqsınız.